Evinə qaçaq neft xətti çəkdi

Evinə qaçaq neft xətti çəkdi

Çalışdığı keçmiş neft şirkətindən evinə qaçaq boru xətti çəkən şəxs ölkənin gündəmini zəbt edib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Tanzaniyada baş verib. 63 yaşlı Samvel Kilangilani Tanzaniya-Zambiya Neft Boru Xətti İdarəsindən (TAZAMA) təqaüdə ayrılıb. Daha sonra o, Tanzaniya Liman İdarəsinə (TPA) aid neft boru kəmərindən öz evinə qaçaq xətt çəkib.

İlk olaraq borudan litrələrlə neftin itdiyi müəyyən edilib. Kilangilaninin evindən sızan neftin qoxusu ətrafa yayıldığı üçün qonşuların şikayəti üzrə araşdırma aparılıb. Nəticədə neft şirkətinin sabiq əməkdaşının evinə gedən boru xətti aşkarlanıb.

OilGas.az

253 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ