“Ernst & Young”: Enerji şirkətləri kibertəhlükəsizlik üzrə büdcələrini artıracaq

“Ernst & Young”: Enerji şirkətləri kibertəhlükəsizlik üzrə büdcələrini artıracaq

Enerji sektorunda fəaliyyət göstərən şirkət rəhbərlərinin 66 faizi qarşıdakı 12 ay ərzində kiber təhlükəsizlik üzrə büdcələrində artım gözləyir.

Oilgas.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə beynəlxalq audit və məsləhət şirkəti olan “Ernst & Young”ın bu il 19-cusunu yayımladığı “2016-2017-ci illərdə qlobal informasiya təhlükəsizliyi” hesabatında deyilir.

Şirkətin dünya miqyasında 1800 böyük şirkət üzrə apardığı anketin nəticələrinə görə, enerji sektorundakı şirkətlərin 89 faizi kibertəhlükəsizlik sistemlərinin ehtiyacı qarşılamaqda aciz olduğunu bildiriblər. Enerji sektorunda fəaliyyət göstərən şirkət rəhbərlərinin 66 faizi isə qarşıdakı 12 ay ərzində kibertəhlükəsizlik üzrə büdcələrində artım gözləyir. İştirakçıların 39 faizi risk üzrə təhlükəsizliyi arzu edilən səviyyəyə gətirmək üçün mövcud büdcədə ən azı 25 faizlik artım olmasının vacibliyini qeyd ediblər.

Sorğuda iştirak edən şirkətlərin 58 faizi yaxın keçmişdə ciddi bir kibertəhlükəsizlik təhdidi ilə qarşı-qarşıya qaldıqlarını bildirib, 84 faizi isə kiberhücumların böyük hissəsinin işçilərin diqqətsizliyindən qaynaqlandığı deyiblər.

Oilgas.az

398 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ