Ərdoğan SOCAR rəhbərliyilə görüşəcək

Ərdoğan SOCAR rəhbərliyilə görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyi Ərdoğan 15 iyul hərbi çevriliş cəhdinin ildönümündə dünyanın və Türkiyənin aparıcı şirkətləri ilə görüşəcək.

OilGas.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğan ümumilikdə 4 trilyon dolları idarə edən qlobal şirkətlərin rəhbərlərinə 15 iyul çevriliş cəhdindən sonra baş verənlərdən bəhs edəcək. Daha sonra şirkətlərə “Türkiyə etibarlı ünvandır, gəlin sərmayə yatırın” mesajı veriləcək.

Ərdoğanın sədrliyi ilə keçiriləcək “Beynəlxalq iş dünyası toplantısı”na 350 şirkət nümayəndəsi iştirak edəcək.

İştirakçılar arasında SOCAR, Bank of China, Bauhaus, Benetton, Chine Energy, Coca Cola, Facebook, General Electric, Google, Hewlett Packard, IBM, Koç, Mercedes, Motorola, Microsoft, Nike, Pepsi, Cisco,  Siemens, Toyota, Tofaş, Vodafone kimi aparıcı şirkətlərin nümayəndələri var.

OilGas.az

 

438 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ