Ərdoğan: “Enerjidəki həmlələrimizi baltalamağa çalışırlar”

Ərdoğan: “Enerjidəki həmlələrimizi baltalamağa çalışırlar”

“Bütün dünyada elektrik istehsalında kömürdən istifadə geniş yayılır. Enerji sahəsindəki həmlələrimizi baltalamağa çalışırlar. Amma bu karvan belə də gedəcək”.

OilGas.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Bunların bu ölkədə bir tikili daşı yoxdu. Biz bu ölkədə qaranlıq bir kənd görmək istəmirik. Öz kömür rezervlərimizi istifadə etmək iqtidarındayıq. Bunu bacaracağıq”, -deyə  o qeyd edib.

Türkiyə Prezidenti yerli rezervlərdən istifadəni əhəmiyyətindən bəhs edib: “Bizim cari kəsirimiz çoxdur. Əgər bunu azaltmaq istəyiriksə, öz yerli rezervlərimizdən yararlanmağa məcburuq. Bu sahədə çox irəliləmişik. Əgər hidroelektrik stansiyaları həqiqətən seperatçı qruplaşmaların hücumlarına maneə təşkil edirsə, doğru yoldayıq. Bu su anbarları bizə çox fərqli təcrübələr qazandırır”.

OilGas.az

501 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ