Enerji Xartiyası ölkələrinin nazirlərinin görüşü keçiriləcək

Enerji Xartiyası ölkələrinin nazirlərinin görüşü keçiriləcək

Bakıda 2020-ci ilin sonunda Beynəlxalq Enerji Xartiyası ölkələrinin nazirlərinin görüşü keçiriləcək.

Oilgas.az xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda çıxış edən Beynəlxalq Enerji Xartiyasının rəhbəri Urban Rusnak deyib.

U.Rusnakın sözlərinə görə, təmsil etdiyi qurum 2020-ci ilin əvvəlində Azərbaycan hökuməti ilə danışıqlara başlayacaq: “Bizim Azərbaycanla əməkdaşlığımız təkcə bərpa olunan enerji mənbələri ilə məhdudlaşmır. Ümid edək ki, bu ilin sonuna qədər bərpa olunan enerji sahəsində işlər yekunlaşacaq. Həmçinin enerji səmərəliliyi haqqında qanun qüvvəyə minəcək. 2020-ci ilin əvvəlində Azərbaycanla müzakirələr aparılacaq”.

40 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ