Enerji tarifləri metodologiyasının hazırlanması ilə bağlı seminar – FOTOLAR

Enerji tarifləri metodologiyasının hazırlanması ilə bağlı seminar – FOTOLAR

Energetika Nazirliyi və Avropa Komissiyasının birgə təşkilatçılığı ilə Texniki yardım və Məlumat mübadiləsi (TAİEX) proqramı çərçivəsində enerji tarifləri metodologiyasının hazırlanması ilə bağlı seminar öz işinə başlayıb.

Bu barədə OilGas.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

2 gün davam edəcək seminarın keçirilməsində məqsəd istehlakçılara təchiz olunan elektrik enerjisi və qaz tariflərinin hesablanması metodologiyası üzrə Avropa İttifaqı təcrübəsinin öyrənilməsi ilə Azərbaycanın dövlət enerji qurumlarının bilik potensialını artırmaq və inkişaf etdirməkdən ibarətdir.

Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov bildirib ki, Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) çərçivəsində Texniki yardım və Məlumat mübadiləsi (TAİEX) proqramı üzrə uzun illərdir iqtisadiyyatın bir çox sahələri, eləcə də enerji sektorunda uğurlu əməkdaşlıq edilir. Bu günkü seminar isə bu əməkdaşlığın yeni istiqamətdə inkişafının başlanğıcıdır. Bildirilib ki, energetika sektorunda həyata keçirilən islahatlar çərçivəsində “Elektrik enerjisi bazarı haqqında“, eləcə də “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunlarının layihələri hazırlanmış və digər qanunvericilik aktlarının hazırlanması üzrə də tədbirlər görülür.

Enerji tariflərinin müasir metodlarla müəyyənləşdirilməsinin enerji bazarının mühüm elementlərindən biri olduğunu vurğulayan Zaur Məmmədov bu məsələdə Avropa təcrübəsinə istinadın vacibliyini qeyd edib. TAİEX proqramının enerji tariflərinin metodologiyasının hazırlanmasına töhfə verəcəyini bildirib.

Sonra rəqabətqabiliyyətli enerji bazarında tənzimləyicinin rolu mövzusunda İspaniyanın bazar və rəqabət üzrə milli komissiyasının direktor müavini Alexandro Alonso Suarezin, tarif metodologiyaları ilə bağlı Yunanıstanın enerji tənzimləmə orqanının şəbəkə üzrə direktoru Kostantinos Perrakisin təqdimatları dinlənilib. Şəbəkə tarifləri, bərpa olunan enerji mənbələri xərcləri, zəmanətli tarifin təyin edilməsi və s. məsələlər üzrə müzakirələr aparılıb.

41 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ