Enerji Məsələlərini Tənzimləmə Agentliyi ERRA-ya assosiativ üzv seçildi

Enerji Məsələlərini Tənzimləmə Agentliyi ERRA-ya assosiativ üzv seçildi

Bu gün Rusiyanın Soçi şəhərində Enerji Məsələlərini Tənzimləmə Orqanlarının Regional Birliyinin (ERRA) iclası keçirilib.

Bu barədə OilGas.az-a Energetika Nazirliyindən məlumat verilib.

Məlumata görə, tədbirdə Azərbaycanı Enerji Məsələlərini Tənzimləmə Agentliyinin sədri Samir Axundovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. İclas çərçivəsində Agentlik quruma assosiativ üzv seçilib və assosiativ üzvlük haqqında şəhadətnamə təqdim edilib.

Qeyd edək ki, hazırda 30 həqiqi və 7 assosiativ üzvü olan ERRA, ilk növbədə, Avropa, Asiya, Afrika, Orta Şərq ölkələrinin və ABŞ-ın enerji məsələlərini tənzimləyən orqanlarını özündə birləşdirən könüllü təşkilatdır. Təşkilat 1999-2008-ci illərdə ABŞ-nın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə yaradılıb. 2001-ci ildə təşkilat Macarıstanda rəsmi qeydiyyatdan keçib və katibliyi Macarıstanın paytaxtı Budapeştdə yerləşir.

246 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ