Enerji əməkdaşlığının gələcək perspektivləri müzakirə edildi

Enerji əməkdaşlığının gələcək perspektivləri müzakirə edildi

Azərbaycan ilə Səudiyyə Ərəbistanının enerji əməkdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.

OilGas.az xəbər verir ki, müzakirələr aprelin 26-da energetika naziri Natiq Əliyevin Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əbdüləziz Əl Falih ilə görüşündə aparılıb.

Natiq Əliyev Azərbaycanın və Səudiyyə Ərəbistanının bazarda neftin qiymətinin stabilləşməsi üçün Neft İxrac edən Ölkələr Təşkilatı və bəzi qeyri-OPEC ölkələri çərçivəsində birgə səylər göstərdiyini deyib. Nazir bu kimi səfərlərin qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib.

Xalid Əbdüləziz Əl Falih isə Azərbaycanın neftin qiymətinin bahalaşmasını nəzərdə tutan addımlarda iştirakının əhəmiyyətini qeyd edib. Nazir ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.

OilGas.az

183 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ