Energetika şirkətlərinə haker hücumu – XƏBƏRDARLIQ

Energetika şirkətlərinə haker hücumu – XƏBƏRDARLIQ

ABŞ hakimiyyəti energetika və nüvə sektorunda çalışan müəssisələrə haker hücumu barədə xəbərdarlıq edib.

OilGas.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Departamentinin və Federal Araşdırmalar Bürosunun birgə hesabatında deyilir.

Sənəddə qeyd olunur ki, may ayından etibarən hakerlər onları maraqlandıran şirkətlərin elektron ünvanlarına məktub göndərir, bu vasitə ilə şəbəkəyə giriş əldə edirlər:

“Kiber hücumlar strateji olaraq enerji sektoruna yönəldilib. Hakerlər kiber cəsusluqdan münaqişə zamanı enerji sisteminin işini pozmağa qədər müxtəlif məqsədlər güdürlər”.

Məhz hansı müəssisələrə hücum olunduğu dəqiqləşdirilməyib. ABŞ Daxili Təhlükəsizlik Departamenti və Federal Araşdırmalar Bürosu məsələni şərh etməkdən imtina edib.

OilGas.az

 

225 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ