Energetika Nazirliyi və “Azərenerji”dən elektrik enerjisi verilişində problemlə bağlı birgə məlumat

Energetika Nazirliyi və “Azərenerji”dən elektrik enerjisi verilişində problemlə bağlı birgə məlumat

Ötən gün ölkənin elektrik enerjisi sistemində baş vermiş qəzanın nəticələri aradan qaldırılsa da, onun fəsadı səbəbindən axşam saatlarında bəzi yerlərdə elektrik enerjisi məhdudiyyətlə verilir.

OilGas.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi və “Azərenerji” ASC-nin birgə yaydığı operativ məlumatda qeyd olunub.

“Həyati vacib əhəmiyyətli obyektlər elektrik enerjisi ilə artıq təmin edilmişdir. Hazırda vəziyyət nəzarət altındadır və elektrik enerjisinin verilişi bərpa olunur. Problemin tam həlli üçün zəruri tədbirlər davam etdirilir”, – deyə məlumatda vurğulanıb.

146 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ