Energetika Nazirliyi Hökumət Evini tərk edir

Energetika Nazirliyi Hökumət Evini tərk edir

Azərbaycanın Energetika Nazirliyi Hökumət Evindən çıxır.

OilGas.az “Report”a istinadən xəbər verir ki, dünəndən nazirliyin aparatının yeni ünvana köçürülməsinə başlanılıb.

Bundan sonra qurum Heydər Əliyev prospekti, 152 ünvanında (Çinar Plaza) yerləşəcək. İş mərkəzinin 12, 14 və 16-cı mərtəbələri Energetika Nazirliyinə ayrılıb. Nazirliklə yanaşı, onun tabeliyində olan qurumların da bura köçürüldüyü bildirilir.

Energetika Nazirliyinin Hökumət Evindəki köhnə ünvanının isə İqtisadiyyat Nazirliyinin balansına veriləcəyi gözlənilir.

170 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ