Energetika Nazirliyi hesabatı açıqladı – Rekord qeydə alındı

Energetika Nazirliyi hesabatı açıqladı – Rekord qeydə alındı

Bu ilin may ayında ABŞ-da xam neft hasilatı gündəlik 59 000 barel artıb.

OilGas.az ABŞ Energetika Nazirliyinin ötən gün dərc olunan hesabatına əsasən xəbər verir ki, may ayında ABŞ-da gündəlik neft hasilatı 9,169 milyon barel təşkil edib. Regionlar üzrə göstəricilər belədir:

Şimali Dakota: -12 000 barel/sutka;
Texas: +78 000 barel/sutka
Meksika körfəzi: +3 000 barel/sutka.

Sözügədən müddət ərzində ABŞ-da “qara qızıl” hasilatı artmaqla yanaşı distillat ixracı da yüksəlib. Buradakı artım rekord həddə çataraq gündəlik 1,52 milyon barelə bərabər olub. Nəhəng idxalçıların siyahısı isə belədir:

Braziliya: 252 000 barel/sutka;
Meksika: 215 000 barel/sutka;
Çili: 105 000 barel/sutka;
Argentina: 76 000 barel/sutka;

Bu ilin may ayında OPEC ölkələrindən ABŞ-a neft idxalı gündəlik 3,42 milyon barelə qədər azalıb. Nəhəng ixracatçıların siyahısı:

Səudiyyə Ərəbistanı: 1,09 mln. barel/sutka;
İraq: 619 000 barel/sutka;
Venesuela: 708 000 barel/sutka.

OilGas.az

291 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ