Energetika nazirinin rusiyalı səfirlə müzakirəsi – FOTOLAR

Energetika nazirinin rusiyalı səfirlə müzakirəsi – FOTOLAR

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Energetika Nazirliyində olub.

Bu barədə OilGas.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Səfir Azərbaycanın energetika naziri vəzifəsinə təyin edilməsi münasibətilə Pərviz Şahbazova Rusiyanın energetika naziri Aleksandr Novakın təbriklərini çatdıraraq bildirib ki, strateji tərəfdaşlıq xarakteri daşıyan əməkdaşlıq əlaqələri bundan sonra da iki ölkə arasında energetika sektorunda yeni nailiyyətlərlə möhkəmlənəcək.

P.Şahbazov deyib ki, “Azəri-Çıraq-Günəşli” blokunun, “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi, “Qarabağ” və Yalama-Samur strukturlarında birgə kəşfiyyat işlərində “LUKoil” şirkətinin təmsil olunması, Bakı-Novorossiysk neft kəməri, Rusiyanın digər neft-qaz şirkətləri ilə əməkdaşlıq enerji sahəsində tərəfdaşlıq münasibətlərinin əsas vasitələridir: “Dünya enerji bazarında neftin qiymətinin sabitliyinə nail olunması istiqamətində aparılan məsləhətləşmələr və danışıqlarda Azərbaycanın Rusiya ilə birgə mövqedən çıxış etməsi yüksək səviyyədə qərarlaşmış əməkdaşlığın daha bir nümunəsidir”.

Görüşdə “Şimal-Cənub” enerji dəhlizi, enerji sahəsində əməkdaşlığın prioritet istiqamətləri və dünya enerji bazarındakı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

276 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ