Ən qazanclı kriptovalyuta bəlli oldu

Ən qazanclı kriptovalyuta bəlli oldu

Fevral ayında tanınmış kriptovalyutaların çoxu zərər edib.

OilGas.az “CoinMarketCap”a istinadən xəbər verir ki, sözügedən dövrdə dünyanın ən böyük kriptovalyutası olan Bitcoin 4% dəyər itirib. Bir çox kriptovalyutalardan fərqli olaraq Litecoin isə fevral ayını 22% artımla başa vurub. Beləliklə, ötən ay 1 Litecoin-in dəyəri 208 dollar səviyyəsinə yüksəlib.

Bitkoindən sonra dünyanın ən böyük ikinci və üçüncü kriptovalyutası olan Ethereum vəə Ripple XRP fevral ayını müvafiq olaraq 20% və 22% itkiylə tamamlayıb.

Ötən ay kriptovalyuta bazarı ümumilikdə 8% dəyər itirərək 449 mlrd. dollara geriləyib.

271 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ