Ən çox LNG idxal edən ölkə Yaponiya olub

Ən çox LNG idxal edən ölkə Yaponiya olub

Qlobal bazarda keçən il ən çox mayeləşdirilmiş təbii qaz (LNG) idxal edən ölkə 83,3 milyon ton ilə Yaponiya olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Dünya Qaz İttifaqı məlumat yayıb. Hesabata görə, qlobal LNG ticarəti keçən il əvvəlki illə müqayisədə 5 faiz artaraq 258 milyon tona çatıb. Keçənilki həcm LNG ticarətində rekord göstərici olub.

Qlobal bazarda ötən il ən çox LNG-yə tələbat Asiya ölkələrində olub. Dünya LNG idxalında 83,3 milyon tonla (32 faiz) Yaponiya ilk sırada qərarlaşıb. Yaponiyanı 33,7 milyon tonla (13 faiz) Koreya Respublikası və 26,8 milyon tonla (10 faiz) Çin izləyir.

Ötən il dünyada ən çox LNG ixrac edən ölkə isə 77,2 milyon tonla Qətər olub. Qətəri 44,3 milyon ton ilə Avstraliya, 25,9 milyon tonla isə Malayziya izləyib.

OilGas.az

448 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ