Elman Rüstəmovdan kriptavalyuta ilə bağlı Xəbərdarlıq

Elman Rüstəmovdan kriptavalyuta ilə bağlı Xəbərdarlıq

“Kriptovalyutaya pul qoymaq riskli əməliyyatdır və əhalini bu növ valyutalarla bağlı diqqətli olmağa çağırıram”.

OilGas.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

“Kriptovalyutaların məzənnəsində volatillik davam edəcək. Bu məsələ tənzimlənmir. Üstəlik, kriptovalyutalara cavabdeh qurum da yoxdur”, – deyə o, qeyd edib.

Bundan başqa, tənzimləyici qurumun rəhbəri əlavə edib ki, Azərbaycanda blokçeyn texnologiyası da inkişaf etdiriləcək: “Bu, imkan verəcək ki, hər banka gedəndə hesab açmaq üçün ayrıca sənəd təqdim etməyə ehtiyac olmasın. Bütün məlumatlar vahid məlumat bazasında toplanılacaq və bütün bankların müştərilər barədə məlumatlara çıxış imkanı olacaq”, – deyə E.Rüstəmov əlavə edib.

323 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ