“Əli qanlı terrorçuları ekologiya qəhrəmanları kimi təqdim etdilər”

“Əli qanlı terrorçuları ekologiya qəhrəmanları kimi təqdim etdilər”

“Nüvə enerjisindən istifadəyə başlayırıq, bu bəzilərini narahat edir”.

OilGas.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, özlərini enerji mütəxəssisi kimi göstərənlər ətraf mühitin çirklənməsi məsələsini gündəmə gətirərək nüvə enerjisi istehsalına mane olmağa çalışır :

“Günəş enerjisində, külək enerjisində çox önəmli addımlar atılmağa başlanıb. Enerji sahəsində infrastrukturu təşkil edən nə varsa, Türkiyə bundan istifadə edir. Nüvə enerjisindən istifadəyə başlayırıq, bu, bəzilərini narahat edir. Narahat olsanız da, olmasanız da biz nüvə enerjisi istehsal edəcəyik. Bizi tək narahat edən odur ki, xalqı daha ucuz enerjiylə necə təmin edə bilərik. Bu dəfə də ətraf mühitin çirklənməsi məsələsini gündəmə gətirdilər. Ömürləri boyu bir ağaca su verməyənlər özlərini ekologiya mütəxəssisi kimi göstərirlər.

Əli qanlı terrorçuları ekologiya qəhrəmanları kimi təqdim etdilər. Bu ölkənin meşə maasivini 22 milyon hektara çatdıran bir iqtidarıq. Türkiyəyə qarşı olan bütün dairələri dəstəklədilər. Dünən çevrilişə xidmət edənlər bu gün Türkiyənin enerji sərmayelərini baltalamaq istəyənlərə nökərlik edirlər”.

OilGas.az

271 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ