“Elektrik enerjisini idxal edirdik, artıq ixrac etməyə başlamışıq” – İlham Əliyev

“Elektrik enerjisini idxal edirdik, artıq ixrac etməyə başlamışıq” – İlham Əliyev

“2004-cü ildən bu günə qədər Azərbaycanda əsas infrastruktur layihələri icra edilib. Biz elektrik enerjisini idxal edirdik, artıq ixrac etməyə başlamışıq, 30-a yaxın elektrik stansiyası tikilib istifadəyə verilib”.

OilGas.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib.

“Bu, inkişaf üçün birinci şərtdir. Əgər enerji gücü olmasa, heç bir müəssisəni yaratmaq mümkün olmayacaq. Digər tərəfdən, infrastruktur layihələrimiz sosial xarakter daşıyır. Çünki dayanıqlı enerji ilə vətəndaşları təmin etmək hər bir dövlətin borcudur. Biz buna da nail olduq”, -deyə prezident qeyd edib.

Dövlət başçısı əvvəlki illərdəki vəziyyəti xatırladaraq görülən işlərdən bəhs edib:

“Əvvəlki illəri yaxşı xatırlayırıq, işıqlar sönürdü, hətta Bakı şəhərində fasilələr yaranırdı. Bu gün isə biz dayanıqlı elektrik enerjisini demək olar ki, təmin etmişik. Hələ də işlər gedir, enerji infrastrukturu yeniləşir, yarımstansiyalar tikilir, yeni xətlər çəkilir, elektrik dirəkləri təzələnir. Ancaq demək olar ki, biz işlərin böyük hissəsini görə bilmişik”.

OilGas.az

374 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ