Elektrik enerjisi istehsalı azaldı

Elektrik enerjisi istehsalı azaldı

Bu ilin aprel ayında “Azərenerji” ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,662 mlrd. kV/saat olub.

“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən OilGas.az-a verilən məlumata görə, bu, ötən ilin aprel ayı ilə müqayisədə 4,37% azdır. Qeyd edək ki, bu rəqəm 2017-ci ilin aprel ayında isə 1,738 mlrd. kV/saat təşkil edib.

Həmçinin, bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə reallaşdırılıb.

O cümlədən, Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş müvafiq vəzifələrin icra vəziyyəti ilə bağlı müvafiq işləri davam etdirilib, eyni zamanda enerji sisteminin müasirləşdirilməsi diqqətdə saxlanılıb və bununla əlaqədar olaraq ictimaiyyətin məlumatlandırılması məqsədilə bir sıra tədbirlər görülüb.

597 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ