Ələkbərovdan şok qərar: “Lukoil”dən gedir

Ələkbərovdan şok qərar: “Lukoil”dən gedir

“”Lukoil”in səhmdarları üçün şirkətin idarəetməsindən uzaqlaşmaq vaxtı yaxınlaşır”

OilGas.az xəbər verir ki, bu sözləri şirkətin prezidenti və ən böyük səhmdarı Vahid Ələkbərov deyib.

“Şirkətin rəhbərlərindən hər biri operativ fəaliyyətdən getdikdən sonra da şirkətin səmərəli çalışacağı barədə düşünməlidir. Bu gün bizdə menesment və səhmdarlar funksiyaları birləşdirilib, mən və (Leonid) Fedun (“Lukoil”in vitse-prezidenti). Bu funksiyaların ayrılacağı zaman yaxınlaşır. Listinqi dayandırmaq niyyətində deyilik. Özəl şirkət yaratmaq heç vaxt məqsədimiz olmayıb”, -deyə Ələkbərov qeyd edib.

Ələkbərov vurğulayıb ki, davamçısı yaxın qohumu olmayacaq:
“Varis kim olacaq? Zamanı gəldikdə onu tanıyacaqsınız. Məni əvəz edə biləcək şəxs barədə düşünürəm. Bu mənim yaxın qohumlarımdan biri olmayacaq”.

Ələkbərov bildirib ki, şirkətin gələcəyi üçün narahatdır:
“Varislərimin səhm paketimi parçalayacağı və bunun gözlənilməz nəticələr doğuracağını düşünmürəm. Bu artıq edilib, mən bunun qeydinə qalmışam”.

371 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ