Əlbir olub “Rosneft” “Eni” ilə – Qara dənizdə kəşfiyyat qazma işləri başlanır

Əlbir olub “Rosneft” “Eni” ilə – Qara dənizdə kəşfiyyat qazma işləri başlanır

Rusiyanın “Rosneft” şirkətinin 5 illik inkişaf planı təsdiqlənib.

OilGas.az xəbər verir ki, “Rosneft”in Direktorlar Şurası 2022-ci ilə qədər nəzərdə tutulan plan əsasında 420 milyard rubl gəlir proqnozlaşdırır.

Yeni plana əsasən, “Rosneft” Qara dənizin qərbində kəşfiyyat qazmalarına başlayacaq. Şirkət rəhbəri İqor Seçin bildirib ki, bu sahələrdə 600 milyon ton neft və 100 milyard kubmetr qaz olduğu təxmin edilir.

Qeyd edək ki, “Rosneft” qazma işlərini İtaliyanın “Eni” şirkətiylə birgə həyata keçirir. Kəşfiyyat quyuları Qara dənizin qərbində 8 600 kvadrat kilometrlik ərazidə qazılacaq. Bu quyuların dərinliyi təxminən 600 metrlə 2 250 metr arasında olacaq.

OilGas.az

73 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ