“El Petro”nun satışına başlandı – 60 dollar

“El Petro”nun satışına başlandı – 60 dollar

Venesuelada “El Petro” milli kriptovalyutanın satışına başlanıb.

OilGas.az xəbər verir ki, bu barədə Venesuela xəbər agentliyi məlumat yayıb.

“Bugünkü gün tarixə keçəcək. Venesuela ölkədaxili rezervləri və təbii zənginliklərinə əsaslanan kriptovalyutasını satışa buraxan ilk millət oldu”, -deyə Cənubi Amerika Respublikasının vitse-prezidenti Tarek əl-Ayssami deyib.

O qeyd edib ki, www.elpetro.gob.ve dövlət portalında “El Petro” əldə etmək istəyənlər üçün məlumat yerləşdirilib. Alıcılar arasında Venesuelada yaşayan fiziki və hüquqi şəxslər, eləcə də xarici dövlətlərin vətəndaşları yer ala bilər.

Xatırladaq ki, milli kriptovalyuta buraxmaq planlarını Venesuela prezidenti Nikolas Maduro hələ ötən ilin dekabr ayında elan edib. Yanvar ayında o, 100 mln. ədəd “El Petro”nun satışa buraxılacağını dəqiqləşdirib. Onlardan 82,4 mln.-u ilk mərhələdə investorlar üçün nəzərdə tutulub. Bir “Petro”nun dəyəri bir barel Venesuela neftinin qiymətinə bərabər olacaq (60 dollar).

“El Petro” dünyada real aktivlərə əsaslanan demək olar ki, yeganə kriptovalyutadır. Bu məqsədlə ölkə prezidentinin əmriylə, 5 mlrd. barel neft ayrılıb. ” El Petro” həm də qızıl və almaz ehtiyatlarıyla təmin olunacaq.

424 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ