Ekvador Vyana sazişinin öhdəliklərini yerinə yetirməyəcək – RƏSMİ

Ekvador Vyana sazişinin öhdəliklərini yerinə yetirməyəcək – RƏSMİ

Ekvador maliyyə problemlərilə üzləşdiyi üçün neft hasilatının azaldılması barədə Vyana sazişindən imtina edir.

OilGas.az xəbər verir ki, bu barədə Ekvadorun neft naziri Karlos Peres məlumat verib. Onun sözlərinə görə, çətin iqtisadi vəziyyət və maliyyə vəsaitlərinin çatışmazlığına görə ölkə üzərinə götürdüyü öhdəlikərə riayət edə bilməyəcək.

Qeyd edək ki, Vyana sazişi üzrə Ekvador gündəlik neft hasilatını 26 min barel azaltmaq barədə öhdəlik götürüb. Bu ilin yanvarından may ayına qədər Ekvador hasilatı 16 min barel azaldıb.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb. May ayında müddəti daha 9 ay üçün uzadılıb.

OilGas.az

233 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ