Ekvador neft-qaz yataqlarını satışa çıxardı

Ekvador neft-qaz yataqlarını satışa çıxardı

Ekvador 5 neft-qaz yatağını satışa çıxarıb.

OilGas.az Reuters agentliyinə istinadən xəbər verir ki, bununla ölkə təxminən 800 mln. dollar həcmində investisiya cəlb etməyə ümid edir.

Hərracın qalibi Amazonda yerləşən 4 neft yatağının və Quayakil körfəzində təbii qaz yatağının işlənməsini həyata keçirə biləcək. Burada söhbət “Quyabeno-Sansauari”, “Yuralpa”, “Oso” və “Blanka-Vinita” neft yataqlarından və “Amistad” qaz yatağından gedir. Neft yataqlarının gündəlik ümumi hasilatı 36,3 min barel, qaz yatağının gündəlik hasilatı isə 1,1 mln. kubmetr təşkil edir.

Yataqların işlənməsilə bağlı müqavilə 10 il müddətinə bağlanacaq. Ödəniş dünya neft qiymətlərinə bağlı olacaq.

Hərracın iyun ayında başa çatacağı gözlənilir.

83 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ