Ekspertlərdən xəbərdarlıq: ABŞ-da neft ehtiyatları rekord həddə yüksələcək

Ekspertlərdən xəbərdarlıq: ABŞ-da neft ehtiyatları rekord həddə yüksələcək

İrma qasırğasının Florida ştatında törətdiyi fəsadlar yanacağa, daha dəqiq desək, neftə olan tələbatın azalmasına səbəb olacaq.

OilGas.az xarici KİV-lərə istinadən xəbər verir ki, belə bir proqnozu “Goldman Sahcs” bankının analitikləri səsləndiriblər. Onların fikrincə, neft bazarı iştirakçıları üçün ən böyük təhlükə artıq səngiməkdə olan Harvi qasırğasıdır. Belə ki, qasırğadan sonra neftemalı zavodunda istehsal gücünün bərpası gözlənildiyi qədər sürətlə getmir. Nəticədə infrastruktura dəyən zərər də ilkin olaraq hesablanandan dəfələrlə çox olub.

Analitiklərin hesablamalarına əsasən, İrma və Harvi qasırğalarının ümumi yekunu sentyabrda neft tələbatının gündəlik 600 000 barel azalması olacaq. Nəticədə sentyabr ayının sonunda neft ehtiyatlarının həcmi normal hava şərtlərində gözləniləndən 43 milyon barel çox olacaq.

Ekspertlər xəbərdarlıq edirlər ki, yaxın həftələrdə neft məhsulları ehtiyatının azalması daha kiçik həcmlərlə mümkün olacaq. Həmçinin, ABŞ-da neft ehtiyatlarını rekord həddə yüksəlməsi də mümkündür.

Analitiklər ehtimalına görə, sentyabrın 8-ə olan həftəlik göstəricilərdə neft ehtiyatlarının həcmi 20,5 milyon barel artıb. Benzin ehtiyatları 7,8 milyon barel, distillat ehtiyatları isə 5,8 milyon barel azalıb.

OilGas.az

 

246 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ