Ekspert: “Neft bazarı xəstələnib”

Ekspert: “Neft bazarı xəstələnib”

“Son üç ildə neft bazarı “çox ağır xəstənmişdi”. Ona görə də, onun sağalması və yenidən balanslaşması vaxt tələb edir”.

OilGas.az Bloomberg agentiyinə istinadən xəbər verir ki, bu sözləri Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) araşdırma departamentinin rəhbəri Hasan Qabazard bildirib. O qeyd edib ki, bazar düzgün istiqamətdə hərəkət edir, lakin ehtiyatların beşillik orta həddə endirilməsi üçün vaxt lazımdır.

Qabazard 2017-ci il üçün neft təlabatının gündəlik 1,3 milyon barel artacağını proqnozlaşdırıb. Onun sözlərinə görə, bu il Hindistan, Çin və ABŞ-da benzinə olan təlabat ötən ilkinə nisbətən daha aşağı olub.

Bundan əlavə ekspertin fikrincə, şist neftinin hasilatı ikinci yarımillikdə azalacaq. Bu dövrdə neftin qiyməti 50-55 dollar diapazonunda qalacaq. 2018-ci ilin ikinci yarımilliyində bazar tamamilə balanslaşacaq və qiymətlər hər barelə görə 60 dollar olacaq.

OilGas.az

410 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ