Əhalinin nəzərinə: Bu ərazilərdə qaz olmayacaq

Əhalinin nəzərinə: Bu ərazilərdə qaz olmayacaq

“Qaradağ-Sumqayıt” magistral qaz kəmərinin 27-28-ci km-lər arası dayaqlar üzərinə qaldırılması məqsədilə aparılan təmir işləri ilə əlaqədar, bu gün saat 10:00-dan işlər yekunlaşdırılanadək diametri 530 mm-lik “Qaradağ-Sumqayıt” magistral qaz kəmərindən qidalanan “Qobu”, “Müşviqabad”, “Pirəkeşkül”, “Ceyranbatan” Qaz Paylayıcı Stansiyalarından və “Aşağı Güzdək” Qaz Tənzimləyici Məntəqəsindən qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İB-dən OilGas.az-a verilən məlumata görə, təmir müddətində Abşeron rayonunun Qobu, Müşfiqabad, Pirəkeşkül, Aşağı Güzdək yaşayış sahələrində və Ceyranbatan və Saray qəsəbələrinin qaz təchizatında məhdudiyyət yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

236 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ