Əhalinin nəzərinə: Bu ərazidə 3 gün qaz olmayacaq

Əhalinin nəzərinə: Bu ərazidə 3 gün qaz olmayacaq

“Xəyal Adası” MMC-yə məxsus kompleksin qazlaşdırılması məqsədilə yeni tikilmiş Qaz Paylayıcı Stansiyanın magistral qaz nəqli şəbəkəsinə birləşdirilməsi məqsədilə aparılan təmir işləri ilə bağlı 04.10.2017-ci il tarixində saat 07:00-dan 3 (üç) gün müddətində “Yeni Binə” Qaz Paylayıcı Stansiyasından qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İB-dən OilGas.az-a verilən məlumata görə, təmir müddətində Xəzər rayonunun Binə savxozu ərazisinin qaz təchizatında məhdudiyyət yaranacaqdır.

Göstərilən müddət ərzində təmir işləri yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcəkdir və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

OilGas.az

253 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ