Əhali üçün qaz bahalaşa bilər

Əhali üçün qaz bahalaşa bilər

“Qazprom” daxili bazarda bütün istehlakçılar – həm müəssisələr, həm də əhali üçün qaz tarifini vahid səviyyədə müəyyən etməyi vacib hesab edir.
Oilgas.az xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən təkliflə “Qazprom” rəhbərinin müavini Valeri Qolubyev çıxış edib. O, bu təklifi əks etdirən məktubu Rusiya energetika nazirinin müavini Kiril Molodsova ünvanlayıb. Məktub dövlət şirkətinin gəlirlərinin artırılması məqsədilə onlar üçün nəzərdə tutulan iqtisadi şərtlərin dəyişdirilməsi, regionlararası, eləcə də biznes və əhali üçün qaz tariflərinin bərabərləşdirilməsi təkliflərini özündə ehtiva edir.
Əgər “Qazprom”un bu təşəbbüsü dəstəklənsə, əhali üçün qaz bahalaşacaq. Bunun ağır nəticələrini minimallaşdırmaq üçün isə aztəminatlı əhaliyə yardım edilməsi nəzərdə tutulur.

Oilgas.az

399 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ