Edvard Snouden bitkoinin ən mənfi cəhətini açıqladı

Edvard Snouden bitkoinin ən mənfi cəhətini açıqladı

İctimai blokçeyn bitkoinin əsas mənfi cəhətidir.

OilGas.az “TrustNodes”a istinadən xəbər verir ki, bunu “Coin Center”in baş araşdırmaçısı Peter van Valkeburqla müsahibəsində Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden deyib. Bununla yanaşı, Snouden vurğulayıb ki, 2013-cü ildə bitkoindən server infrastrukturunu almaq üçün istifadə edə bilərdi.

Maraqlıdır ki, o müsahibə zamanı “Ethereum”dan bəhs etməyib. Lakin bir daha “ZCash” texnologiyasını yüksək qiymətləndirib. Snouden “Monero”dan istifadə etdiyini də qeyd edib.

“Başa düşməlisiniz ki, ictimai blokçeyn konsepsiyası və etibarlı ticarət mexanizmi bir araya sığmır. Hər kəsin bütün tranzaksiyalara giriş imkanının olması mümkün deyil. Belə ki böyük masştabda bu, nasazlıqlara yol açacaq”, -deyə Snouden bildirib.

O həmçinin, kriptovalyuta sahiblərinə öz rəqəmsal səhmləri barədə heç kəsə danışmamağı tövsiyə edib.

262 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ