EBRD Azərbaycanın külək enerjisi layihəsinə qrant ayırır

EBRD Azərbaycanın külək enerjisi layihəsinə qrant ayırır

Bu gündən etibarən Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) hazırda Azərbaycan Energetika Nazirliyi və digər enerji qurumlarına bərpa olunan layihələri dəstəkləmək üçün “Elektrik Şəbəkəsinin Gücləndirilməsi üzrə Fəaliyyət Planı”nı həyata keçirmək üçün texniki dəstək verməyə başlayıb.

Oilgas.az EBRD-yə istinadən xəbər verir ki, Energetika Nazirliyi Bankdan potensial gücü 100 MVt-dan çox olan “Area 7” adlanan ərazi üçün ölçmə işlərinin aparılmasına dəstək verməyi xahiş edib.

“Area 7” Bakının Cənubunda Qaradağ rayonu ərazisində 875 hektar ərazidə yerləşir. Buna görə EBRD “Area 7” üçün lazımlı 12 aylıq külək ölçmə kampaniyasını həyata keçirəcək bir məsləhətçini cəlb etməyə hazırlaşır. Məsləhətçi şirkətlərin müraciətləri martın 17-dək qəbul edilir.

Seçiləcək şirkətin apreldə fəaliyyətə başlayacağı və ümumi tapşırığın 18 ay çəkəcəyi qeyd edilir və bu xidmətlər üçün isə ayrılacaq 150 min avro qrant məbləğinə əlavə dəyər vergisi daxil deyil.

2113 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ