Dünyada neft yataqları artıq daha az işlənilir – SƏBƏB

Dünyada neft yataqları artıq daha az işlənilir – SƏBƏB

2017-ci ildə işlənmiş neft yataqlarının sayı rekord hesab olunacaq qədər azalıb.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Energetika Agentliyinin (IEA) hesabatında qeyd olunub. Bu isə şirkətlərin geoloji kəşfiyyat işlərinə yatırdıqları investisiyanı azaltmasıyla əlaqələndirilib. Belə ki,  bu il geoloji kəşfiyyat işlərinə yatırılan investisiyanın həcmi son 70 ilin ən aşağı göstəricisi olub.

Agentliyin araşdırmasına əsasən, 2016-cı ildə aşkarlanan neft resurslarının həcmi cəmi 2,4 milyard barel olub. Ötən il işlənən neft resurslarının həcmi isə 4,7 milyard barel təşkil edib. Bu isə 2015-ci illə müqayisədə 30% aşağıdır.

OilGas.az

203 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ