Dünyada neft-qaz quyularının sayı maksimuma çatıb

Dünyada neft-qaz quyularının sayı maksimuma çatıb

Dünyada fəaliyyət göstərən neft-qaz quyularının sayı maksimum həddə yüksəlib.

OilGas.az Baker Hughes-ə istinadən xəbər verir ki, bu ilin iyun ayında neft-qaz quyularının sayı ardıcıl olaraq ikinci ay yüksəlib.

İyun ayında ümumilikdə, 2041 quyu fəaliyyət göstərib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 634 ədəd daha çoxdur və 2015-ci ilin noyabrından etibarən maksimal göstəricidir. Bu ilin may ayında isə neft-qaz quyularının sayı1935-ə bərabər olub.

İyun ayı ərzində ABŞ-da quyuların sayı 38 ədəd artaraq 931-ə çatıb. Bu isə 2015-ci ilin aprelindən etibarən maksimal göstəricidir.

Bundan əlavə, Afrikada neft-qaz quyularının sayı 2 ədəd (86), Latın Amerikada 2 ədəd (192), Yaxın Şərqdə isə 6 ədəd (397) artıb.

OilGas.az

248 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ