Dünyada neft-qaz quyularının sayı azalıb – Hesabat

Dünyada neft-qaz quyularının sayı azalıb – Hesabat

Dünya üzrə aktiv neft-qaz quyularının sayı azalıb.

OilGas.az xəbər verir ki, bu barədə məlumatı Baker Hughes, a GE Company (BHGE) neft-qaz xidmət şirkəti təqdim edib. Hesabata əsasən, noyabr ayında quyuların sayı 20 ədəd və ya 0,96% azalaraq 2057-yə bərabər olub.

Ötən ilin analoji dövrü ilə müqayisədə isə, quyuların sayı 379 ədəd və ya 22,6% çoxalıb.

Hesabata əsasən, noyabr ayında ABŞ-da neft-qaz quyularının sayı 11 ədəd və ya 1,2% azalıb. Bununla da, ABŞ-da quyuların sayı 911 ədəd olub. Kanadada isə quyuların sayında heç bir dəyui.şiklik olmayıb. Beləliklə burada neft-qaz quyularının sayı yenə 204 ədəddir. Noyabrda Yaxın Şərqdə neft-qaz quyularının ümumi sayı 7 ədəd və ya 1,8% azalaraq 378-ə bərabər olub. Asiya-Pasifik bölgəsində göstərici 213 ədəd, Afrikada isə 85 ədəd səviyyəsində qalıb.

Latın Amerikada aylıq göstərici 4 ədəd və ya 2,3% çoxalaraq 181 ədədə çatıb. Avropada neft-qaz quyularının sayı 6 ədəd və ya 6,6% azalaraq 85 ədədə enib.

OilGas.az

130 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ