Dünyada günəş enerjisi istehsalına maraq azalıb

Dünyada günəş enerjisi istehsalına maraq azalıb

Bu ilin yanvar-sentyabr aylarında dünyada günəş enerjisinin istehsalına investisiya qoyuluşu 6,7 mlrd. ABŞ dolları təşkil edib.

OilGas.az “Report”a istinadən xəbər verir ki, bu rəqəmi ABŞ-ın araşdırma və konsaltiqn şirkəti – “Mercom Capital Group” açıqlayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 6% azdır.

“Dünyada günəş enerjisinə tələbatın azalması bu sahə üzrə layihələrə investisiya qoyuluşlarını da azaldıb”, – deyə şirkət bəyan edib.

824 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ