Dünya dollar şoku ərəfəsində – 4 dəfə bahalaşacaq

Dünya dollar şoku ərəfəsində – 4 dəfə bahalaşacaq

FED bu il uçot dərəcəsini 4 dəfə artıracaq.

OilGas.az xəbər verir ki, belə bir proqnozla Yaponiyanın ən iri broker şirkəti olan “Nomura”nın analitikləri çıxış edib.

ABŞ Federal Açıq Bazar Komitəsinin (FOMC) sonuncu iclas protokolunun dərc edilməsindən sonra dolların zəifləməsi uzun müddət davam etməyib. Analitiklər hesab edirlər ki, tənzimləyici tərəfindən ötürülən siqnallar tamamilə müsbət olub:

“Yanvar iclasından sonra daxil olan müsbət iqtisadi göstəricilər, eləcə də federal xərclərin böyük həcmdə artması onu deməyə əsas verir ki, mart ayında dərc olunacaq iqtisadi göstəricilər daha yüksək inkişafı əks etdirəcək. İşsizliyin səviyyəsində azalma, bəlkə də qismən daha yüksək inflyasiya müşahidə olunacaq”.

Analitiklər hesab edirlər ki, belə bir şəraitdə FOMC 2018-ci il üçün daha öncədən açıqladığı 3 uçot dərəcəsi artımı qərarını 4-ə yüksəldəcək.

2947 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ