Dünya birjalarında neft bahalaşdı

Dünya birjalarında neft bahalaşdı

ABŞ-ın Suriyaya raket hücumu fonunda dünya birjalarında neft bahalaşıb.
Oilgas.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,19 dollar bahalaşaraq 56,08 dollara bərabər olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin dəyəri 1,24 dollar bahalaşaraq 52,94 dollar həddinə yüksəlib.
Qeyd edək ki, cümə axşamı ABŞ Suriya ərazisində yerləşən aerodroma raket zərbələri endirib. ABŞ bu ərazidən kimyəvi hücum həyata keçirildiyini və ona cavab olaraq belə addım atdığını iddia edib.

Oilgas.az

1255 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ