Dövlət neft şirkətinin “sildiyi” milyardlar – Neft gəlirləri hara qeyb olur?

Dövlət neft şirkətinin “sildiyi” milyardlar – Neft gəlirləri hara qeyb olur?

Nigeriyanın dövlət neft şirkəti “Nigerian National Petroleum Corp” (NNPC) 22,7 mlrd. dolları hara sərf etdiyini izah edə bilməyib.

OilGas.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, bu vəsaiti NNPC 15 il ərzində karbohidrogenlərin satışından və “Nigeria LNG Ltd.”nin dividendlərindən əldə edib.

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (Extractive Industry Transparency Initiative – EITI) Nigeriyadakı nümayəndəliyindən bildirilib ki, Nigeriyada neft sahəsi artıq “qara dəlik” olmasa da, hələ də böyük ölçüdə şəffaflığa ehtiyac var.

NNPC nümayəndəsi isə məsələ ilə bağlı heç bir müraciətə cavab verməyib.

Nigeriya hökuməti “Shell”, “ExxonMobil”, “Total”, “Chevron” və “Eni SpA” ilə birgə müəssisələr vasitəsilə ölkədə hasil olunan neftin təxminən 90%-nə nəzarət edir.

2013-cü ildə Nigeriya Mərkəzi Bankının rəhbəri Lamido Sanusi bildirib ki, 2012-2013-cü illərdə ölkə 50 mlrd. dollar həcmində neft gəlirlərini itirib. Sanusinin sözlərinə görə, pulların izi NNPC-də itir. Həmin vaxt Nigeriyanın sabiq prezidenti Olusequn Obasanco iddia edib ki, Nigeriyada hər gün 430 min barel neft yoxa çıxır.

403 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ