Dövlət Neft Şirkətinin sabiq prezidenti saxlanıldı – 12 milyon mənimsəyib

Dövlət Neft Şirkətinin sabiq prezidenti saxlanıldı – 12 milyon mənimsəyib

“Naftoqaz Ukrainı” şirkətinin keçmiş prezidenti İqor Bakay saxlanılıb.

OilGas.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, 12 milyon dolları mənimsəmədə şübhəli bilinir.

Yayılan xəbərə görə, Bakay Moskvada dağ-metallurgiyası üzrə fəaliyyət göstərən və Alişer Usmanova məxsus “Metalloinvest Limited.” şirkətindən külli miqdarda pul mənimsəyib.

Qeyd edək ki, İqor Bakay 1998-ci ildə Ukraynanın “Naftoqaz” şirkətinin yaradılması təşəbbüsü ilə idarə heyətinin ilk sədri olub.

82 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ