Dövlət neft şirkətinə ilk dəfə qadın direktor seçildi

Dövlət neft şirkətinə ilk dəfə qadın direktor seçildi

Səudiyyə Ərəbistanının tarixində bir ilk yaşanıb.

OilGas.az Reuters agentliyinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan “Saudi Aramco”nun Direktorlar Şurasının tərkibinə ilk dəfə qadın daxil olub.

Daha əvvəl ABŞ neft şirkəti “Sunaco”da baş direktor vəzifəsini icra edən Linn Elzenhans Direktorlar Şurasının tərkibinə daxil olan 5 yeni üzvdən biri olub.

Yeni direktorlar arasında krallığın maliyyə naziri Məhəmməd ben Abdalla əl-Cadaan, iqtisadiyyat və planlaşdırma naziri Məhəmməd əl-Tuvaycri, “Chevron Phillips Chemical”ın keçmiş top-meneceri Piter Sella və “Dow Chemical”ın direktoru Endryu Liveris yer alıb.

854 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ