Dövlət Neft Şirkətinə ilginc tələb – Neft qarşılığında “Petro”

Dövlət Neft Şirkətinə ilginc tələb – Neft qarşılığında “Petro”

Venesuela prezidenti Nikolas Maduro PDVSA dövlət neft şirkətinin və “Pequiven” neft-kimya şirkətinin rəhbərliyindən məhsulun bir hissəsini “Petro” kriptovalyuta qarşılığında satmağı tələb edib.

OilGas.az xəbər verir ki, bu barədə “Union Radio” radiostansiyası məlumat verib.

“Bu o deməkdir ki, bu gündən etibarən onların ödənişləri “Petro” ilə həyata keçirilməlidir”, -deyə Maduro qeyd edib.

Bundan əlavə, Nikolas Maduro Milli aviasiya assosiasiyasının bütün xidmətlər, eləcə də yanacaq almaq üçün milli kriptovalyutayla ödəniş etmək təşəbbüsünü də təsdiqləyib.

Qeyd edək ki, Venesuela fevralın 20-dən etibarən öz kriptovalyutasının satışına başlayıb. Karakas bu ilin əvvəlində dövriyyəyə 100 mln. ədəd “Petro” buraxmağı planlaşdırır.

265 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ