Donald Tramp bir daha Obamaya qarşı çıxdı – Yeni sərəncam imzalayır

Donald Tramp bir daha Obamaya qarşı çıxdı – Yeni sərəncam imzalayır

ABŞ prezidenti Donald Tramp sabiq prezident Barak Obamanın daha bir qərarını ləğv etməyə hazırlaşır.

OilGas.az “Politico”ya istinadən xəbər verir ki, hökumətə yaxın mənbələr Trampın ABŞ-ın sahilyanı ərazilərində neft və qaz yataqlarının işlənilməsi barədə sərəncam imzalayacağını iddia edirlər.

Sözügedən iddialara əsasən, sərəncam ölkə sahillərində qaz və neft kəşfiyyatı üçün uyğun gələn əraziləri, eləcə də resursların işlənib hazırlanması üzrə konkret qurğuları özündə əks etdirəcək.

Əgər iddialar öz təsdiqini tapsa, bu, adminstrasiyanın dəniz şelfində neft və qaz quyularının qazılmasına dair ilk addımı olacaq.

Mənbənin məlumatına görə, prezident kiber hücumlar, kənd təsərrüfatı və veteranlarla bağlı işlər də daxil olmaqla ümumilikdə 32 sərəncam imzalayacaq.

Qeyd edək ki, sabiq prezident Barak Obama Atlantik okeanı və Arktikadakı dövət sularında neft-qaz yataqlarının işlənməsini qadağan edib.

OilGas.az

186 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ