Dizel ömrünün son günlərini yaşayır? – İlginc statistika

Dizel ömrünün son günlərini yaşayır? – İlginc statistika

Avropada dizel yanacağıyla çalışan maşınların sayı böyük miqdarda azalır.

OilGas.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) son məlumatlarına əsasən, hazırda EU-15 ölkələrində qeydiyyatdan keçən ümumi maşın sayının sadəcə 45,7%-ni dizellə çalışan avtomobillər təşkil edir. Dizellə çalışan avtomobillərin sayının azalmasına “Volkswagen” ətrafında yaranan qalmaqal səbəb olub. Bu isə zərərli maddələrin atmosferə tullanması, regionda ekoloji standartların sərtləşdirilməsi və şəhərlərin mərkəzi hissələrinə dizellə çalışan avtomobillərin buraxılmasına qadağa qoyulmasının perspektivləri ilə əlaqədar olub.

Məlumata əsasən, dizellə çalışan avtomobillərin payı bütün Avropa ölkələrində azalır. Azalma xüsusilə Avstriya, Yunanıstan, Lüksemburq və İspaniyada müşahidə olunur.

Dizel texnologiyasının ənənəvi lideri olan Almaniyada ötən il dizellə çalışan maşınların sayı 40,4% (6,1% azalma) təşkil edib. Fransada uzun illərdən sonra ilk dəfə bu maşınların sayı 50%-dən aşağı düşərək 47,8%-ə bərabər olub. Dizellə çalışan avtomobillər daha çox İrlandiya (65,4%), Portuqaliya (61,4%) və İtaliyada (56,5%) paya sahibdirlər.

1337 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ