Diqqətlər İran üzərində cəmləndi – Neftin qiyməti bir anda zirvəyə qalxa bilər

Diqqətlər İran üzərində cəmləndi – Neftin qiyməti bir anda zirvəyə qalxa bilər

Bu gün neft bazarı iştirakçılarının diqqəti OPEC üzərində yox, İran üzərində cəmlənib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, belə bir yanaşma ilə Commerzbank ekspertləri çıxış ediblər. Ekspertlərin fikrincə, ölkədə keçirilən prezident seçkilərinin nəticələri neftin qiymətinə təsirsiz ötüşməyəcək. Belə ki, seçkilərdə hazırki prezident Həsən Ruhaninin başlıca rəqibi İbrahim Raisidir. O isə dəfələrlə nüvə sazişini sərt tənqid edib.

Prezident seçiləcəyi təqdirdə Raisi nüvə sazişini ləğv edə bilər. Ekspertlərin fikrincə, bu halda ABŞ və Qərb İrana qarşı yeni sanksiyalar tətbiq edəcək. Bu isə qısa zamanda ölkədən neft tədarükünü aşağı salacaq. İran neft infrastrukturu üçün lazımi investisiya ala bilməyəcək, nəticədə emal uzun müddətli şəkildə məhdudlaşacaq.

Beləliklə, İbrahim Raisinin qələbəsi neft qiymətlərini zirvəyə qaldıracaq.

OilGas.az

402 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ