Diqqət: Bu gün və sabah bu ərazidə işıq olmayacaq

Diqqət: Bu gün və sabah bu ərazidə işıq olmayacaq

Bu gün və sabah Masazırda elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

“Azərişıq” ASC-dən OilGas.az-a verilən məlumata görə, 16-17 aprel tarixlərində saat 10.30-dan 15.30-dək Masazır yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Yaranmış narahatlığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.

122 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ