“Deutsche Bank” proqnozları yenilədi – Neftin qiyməti 40 dollar olarsa…

“Deutsche Bank” proqnozları yenilədi – Neftin qiyməti 40 dollar olarsa…

ABŞ-da fəaliyyətdə olan neft quyularının sayındakı artım yalnız neftin ucuzlaşacağı təqdirdə mümkün ola bilər.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, belə bir proqnozla “Deutsche Bank”ın ekspertləri çıxış ediblər. Ekspertlərin fikrincə neftin qiymətinin 40 dollar/barel olacağı təqdirdə artım azalacaq.

Ekspertlər qeyd ediblər ki, bazarda tələbat güclü olaraq qalır, neft hasilatının azaldılması barədə Vyana sazişinin müddətinin uzadılmaq ehtimalı isə azdır. Belə olan halda bazar quyuların sayındakı artımı səngidəcək qiyməti müəyyən etməlidir. Belə qiymət aralığı isə 40-45 dollardır.

“Deutsche Bank” ekspertləri Brent markalı neftin qiymətinə dair proqnozlarını da yenidən nəzərdən keçiriblər:

2018-ci il – 54 dollar/barel ( əvvəlki proqnoz 63 dollar/barel)

2019-cu il – 56 dollar/barel (əvvəlki proqnoz 65 dollar/barel)

Uzunmüddətli proqnoz 60 dollar/barel ( əvvəlki proqnoz 65 dollar/barel).

OilGas.az

216 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ