Dənizlə daşımaların həcmi artıb

Dənizlə daşımaların həcmi artıb

Bu ilin yanvar-aprel aylarında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2842,5 min ton təşkil edib.

OilGas.az Dövlət Statistika Komitəsinə istinadən xəbər vertir ki, bu həcm əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,4 faiz artıb. Yüklərin 51,5 faizini neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 3381,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 3198,6 min tonunu və ya 94,6 faizini tranzit yüklər təşkil edib.

2018-ci il may ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 74,6 min ton olub.

223 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ