Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
Dəm qazı yenə can aldı: Ər-arvad boğularaq öldü
Gəncədə ər-arvad dəm qazından boğularaq ölüb.
OilGas.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncənin Nəriman Nərimanov prospektində qeydə alınıb.
Həmin ünvanda yaşayan, 1962-ci il təvəllüdlü Abbasov Adil Yusif oğlu və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Abbasova Yeganə Nazim qızı evdə dəm qazından boğularaq ölüblər. Onların meyiti səhər saatlarında aşkar edilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
MÜZAKİRƏ