Dəm qazı tələbənin canını aldı

Dəm qazı tələbənin canını aldı

Bakıda tələbə dəm qazından boğulub.

Oilgas.az-ın məlumatına görə, hadisə dekabrın 4-də baş verib.

Ağsu rayon sakini, 1998-ci il təvəllüdlü Dadaşov Nurlan Akif oğlu Bakıda kirayə yaşadığı evin hamam otağında dəm qazından boğulub.

N.Dadaşovun meyiti otaq yoldaşları tərəfindən aşkar edilib.

Məlumata görə, N.Dadaşov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 4-cü kurs tələbəsidir.

153 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ