Dəhşətli partlayış: Ev tamamilə külə döndü – Bir ailənin 11 üzvü yaralandı

Dəhşətli partlayış: Ev tamamilə külə döndü – Bir ailənin 11 üzvü yaralandı

Çeçenistanda güclü partlayış baş verib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Qroznıda şəxsi evlərdən birində baş verib. Hadisə nəticəsində 1 ailənin 11 üzvü yaralanıb. Bütün yaralıların vəziyyəti ağır olaraq qiymətləndirilir. Yaralılardan 10-u yanıq şöbəsinə yerləşdirilib. Onlardan 4-ü 5 yaşdan kiçik uşaqlardı.

Hazırda qəza yerində xilasetmə işləri yekunlaşıb.

Məlumata görə, ev və içərisindəki əşyalar bütünlüklə yanıb.

İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızması olub.

Faktla bağlı araşdırma aparılır.

1086 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ